Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İŞİD-in törətdikləri əsil İslam deyil…”

İŞİD-in törətdiklərinin hər birinə İslamda bir mənbə tapmaq olar

скачанные файлы“Dövlətin dini olmaz, dövləti təmsil edən şəxsin dini ola, ya da olmaya bilər”.

“Din.az” xəbər verir ki, bunu deyən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, Azərbaycan sekulyar dövlətdir, lakin onun prezidenti öz ailəsi ilə birlikdə Ümrə ziyarətinə gedir:

“Yəni dövlət başçısının dinə münasibəti, ibadət etməsi, onun dünyəvi dövlətin başçısı olmasına mane olmur. Sabah bu dövlətin başçısı bir ateist də ola bilər, amma bu o demək deyil ki, o, ölkədə dini qadağan etməlidir”.

E.Miri qeyd edib ki, İŞİD-in törətdiklərinin hər birinə İslamda bir mənbə tapmaq olar. Amma bu, əsl İslam demək deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...