Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İŞİD məktubları ələ keçirilib – VİDEO

Tapılan əl yazmalarda İŞİD-in dünya xilafəti quracağı bildirilir

Məktublara baxış keçirən hüquq-mühafizə orqanları “Türkiyə kafir dövlətdir, vətəndaşları da kafir olaraq qəbul edilir” kimi ifadələrlə rastlaşıblar.

Polis tərəfindən məhkəməyə göndərilən İŞİD qeydlərində Türkiyənin şər əməllər üzərində qurulduğu xüsusi vurğulanıb.

Demokratik və konstitutsiya əsasında qurulan dövlət idarəçiliyini bütlərə xidmət kimi qəbul edən terrorçular Türkiyəni də belə ölkələr sırasına daxil edib.

Tapılan əl yazmalarda İŞİD-in dünya xilafəti quracağı bildirilir. Öldürülən İŞİD üzvlərinin Türkiyədə, Diyarbəkirdə yaradılacaq dövlət haqqında sənədlər əksini tapıb. Sənədlərdə bildirilir ki, İŞİD üzvü olub döyüşlərdə iştirak edə bilməyən insanların hər biri yaşadıqların yerdən çıxarılır.

Terror təşkilatının Türkiyədəki üzvləri evlərində döyüşçülərə xüsusi təlimlər keçirlər. Onlar qruplaşmaya cəlb edikləri üzvləri ölümə hazır vəziyyətə gətirirlər.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...