Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İŞİD Misirdə kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü

Terrorçu motosikletdə kilsəyə hücum edib.

İŞİD terror qruplaşması Misirin Qahirə şəhərində kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Din.az xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan “SITE” saytı bildirir.

Misirin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, terrorçu motosikletdə kilsəyə hücum edib. Terrorçunun qarşısını almaq istəyən polis əməkdaşları və terrorçu arasında atışma baş verib. Atışma zamanı 1 polis əməkdaşı və 6 mülki vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən yarala ələ keçirilib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...