Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İŞİD Mosul məscidinin dağılmasında ABŞ-ı ittiham edib

Məscidin ABŞ-ın aviazərbəsi nəticəsində dağıldığı iddia edildi.

İŞİD terror qruplaşması İraqın Mosul şəhərinin əsas məscidi olan Ən-Nurinin ABŞ-ın aviazərbəsi nəticəsində dağıldığını bəyan edib.
Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “Frans Press” məlumat yayıb.
Amerika koalisiyası isə öz növbəsində Mosuldakı məscidin ərazisini bombalamadığını bildirib.
“ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqın Mosul şəhərindəki Ən-Nuri məscidi ərazisinə bomba atmayıb”, – deyə cümə axşamı koalisiyanın rəsmi nümayəndəsi polkovnik Con Dorrian qeyd edib.
Məscid Mosulun qərb hissəsindəki köhnə şəhərdə yerləşir. 2014-cü ilin iyulunda İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi məsciddə xütbə deyərək beynəlxalq “xilafət”in yaradıldığını bildirib və özünü onun rəhbəri elan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...