Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İŞİD Qroznıda kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Dünən Qroznının mərkəzindəki kilsəyə hücum edilib.

İŞİD terror qruplaşması Qroznı şəhərinin mərkəzindəki kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib.

Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...