Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İŞİD SILAHLILARI MOSULUN ƏSAS MƏSCİDİNİ PARTLADIBLAR

Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatları davam etdirilir.

İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi “Ən-Nuri”ni partladıblar.

Din.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri məlumat verib.

2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...