Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İŞİD terrorçuları Kadırovu “Lyulya” adlandırdı

Ramzan Kadırovu “Lyulya Kafırov” adlandırdılar.

İŞİD terror təşkilatı Çeçenistandakı vəziyyətlə bağlı video yayımlayıb.

Din.az xəbər verir ki, video terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” tərəfindən yayılıb.

Videonun birinci hissəsində martın 18-də Qroznıda mühafizəçiyə hücum edən və öldürülən Əbu Məhəmməd əş-Şişanı adlı terrorçu görünür. Müraciəti zamanı o, Çeçenistandakı İŞİD terrorçularının ağır aqibətindən və “Telegram” kanallarının cihadçılara zərərlərindən danışıb.

Çarxın ikinci hissəsində Suriyada döyüşən terrorçular görünür. Onlar silahdaşlarını Rusiyaya gəlməyə və düşmənlə mübarizə aparmağa çağırırlar. Onlar Çeçenistan rəhbəri Ramzan Kadırovu “Lyulya Kafırov” adlandırırlar.

Bir müddət öncə Kadırov açıqlamasında Çeçenistanda terrorçuluq və ekstremizmlə uğurla mübarizə aparıldığını bildirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...