Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam aləmi bu ölkəyə qarşı birləşdi – Bəyanat

“İsrail Fələstin xalqına qarşı yürütdüyü siyasətə son qoymalıdır”.

İsrailin İordan vadisini ilhaq etmək planı qəbuledilməzdir.

Din.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayıb.

“İsrail Baş naziri Benyamin Netanyahunun ilhaqla bağlı açıqlamasını şiddətlə qınayırıq. Qüds və Fələstin davası islam ümməti üçün çox önəmlidir. İsrail Fələstin xalqına qarşı yürütdüyü siyasətə son qoymalıdır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bir müddət öncə B.Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə İordan vadisini ilhaq edəcəyini bəyan edib. İsraildə parlament seçkiləri 17 sentyabrda keçiriləcək. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...