Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İSLAM BANKINDAN QORXMAQ LAZIM DEYİL”

Nazim Məmmədov: “İnanclı kəsimi biznes hüququndan məhrum etmək doğru deyil”

Maliyyə Bazarlarına Nəzarət Palatası islam bankçılığının tətbiqini məqbul hesab etmir. Bank sektorundan verilən məlumata görə, bu məsələ kredit təşkilatları tərəfindən Palata qarşısında qaldırılıb.

Palata rəsmiləri isə bildirib ki, islam bankçılığı ilə bağlı Mərkəzi Bankın “olmaz” qərarını dəstəkləyir və onun tətbiq olunmasına qarşı çıxırlar. Palata mövqeyini onunla izah edir ki, islam bankçılığı tamamilə fərqli tənzimləmə qaydaları tələb edir. Fərqli tənzimləmə qaydaları deyərkən, Şəriət Komitəsinin qurulması və s. əlavə strukturların yaradılması nəzərdə tutulur. Məsələ ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Nazim Məmmədov deyib ki, islam bankçılığı şəriklilik prinsipi əsasında fəaliyyət göstərir: “İslam bankı səhmdar cəmiyyətlərin payını almaq və gəlir gətirən sahələrə investisiya qoymaq yolu ilə işləyir. Bu banklar qazanclarını gəlirlərdən götürür və faizli kreditlər vermirlər. Yəni biznes sahələrinə investisiya yatırırlar və əldə olunan gəlirə şərik olurlar. Ola bilər, bu sistem indiki bankçılığımıza uğyun gəlmir, amma şirkətlərə dəstək vermək və biznesi genişləndirmək baxımından çox müsbətdir. Əgər bu gün Azərbaycanda islam bankçılığı olsaydı, şəxsən özüm iş adamı olaraq ondan yararlanardım. İslam bankından qorxmaq lazım deyil.
Buna da normal yanaşmaq lazımdır. Çünki xarici ölkələrdə bu praktika mövcuddur”. Ekspert bildirib ki, Azərbaycanın biznes strukturunda kifayət qədər inanclı kəsim var: “Bilirsiz ki, müsəlmanlar faiz sistemini, yəni ənənəvi bankçılığı haram hesab edirlər. Cəmiyyətdə bütün insanların hüquqları tanınmalıdır. Palatanın “tənzimləmə qaydaları fərqli olmalıdır” fikrini bölüşürəm. Ancaq inanclı kəsimi biznes hüququndan məhrum etmək doğru deyil. Xüsusən islam ölkələrində bu məsələyə həssas yanaşmaq lazımdır. Nəzərə almalıyıq ki, xristian Qərb ölkələrində belə islam bankçılığı fəaliyyət göstərir. Azərbaycanda dövlət başçısı səviyyəsində islam bankçılığına icazə verilib. Yaxşı olar ki, Hesablama Palatası kreditlərin faiz dərəcələrinin aşağı salınması haqda düşünsün. İstehlak kreditləri insanları boğur, bunun çıxış yollarını axtarsınlar”.
İsmayıl

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...