Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslam bu ölkədə sürətlə yayılmaqdadır

İslam dini Madaqaskarda şərəflənir

Rəsmi mənbələrin xəbərinə görə, təxminən 25 milyon insanın yaşadığı Madaqaskarda müsəlmanların sayı ümumi əhalinin sayına nisbəti 7 il ərzində 1,1 faizdən 15 faizə yüksəlib.

“Din.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Madaqaskarda yaşayan Jan Jak Revena İslam dinini qəbul edənlərdən biridir. O, xristian dinindən, İslama necə gəlməsindən bəhs edib. Revena İslam dini ilə də maraqlandığını və onu araşdırmağa başladığını qeyd edib:

“İslam dinində mənəvi olduğu qədər, həm də sosial cəhətdən bir çox gözəlliklər tapdım və öz fikrimlə müsəlman oldum. Ürəyimə yatan yeganə din İslamdır”.

Madaqaskar İslam Şurasının müdir müavini Əbuzər Arsen də islam dinin gözəllik və mərhəmət dini, terror və zorakılıqdan uzaq din olduğunu bildirib. O, “İslam dini fanatizm və nifrətə qarşıdır. İslam digər dinlərə hörmət edir, onların nümayəndələri ilə sülh şəraitində yaşamağı tövsiyyə edir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...