"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“İslam dini Almaniyaya da aiddir”

Share Button

Almaniyanın keçmiş prezidenti: ˝Kim Almaniyada, Avropada İslamı istəmirəm deyirsə, konstitusiyaya qarşı çıxır˝.

“Mediada, mədəniyyət sahəsində çox sayda müsəlman miqrant var ki, ölkəmizi müdafiə və təmsil edir”.
Din.az avropa.info-ya istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş prezidenti Kristian Vulff deyib.
WulffVəzifədə olduğu müddətdə “İslam dini Almaniyaya da aiddir” sözləri ilə gündəmə gələn Vulff, Avropada millətçiliyin güclənməsindən narahat olduğunu bildirib.
“Kim Mədəniyyətlərin toqquşmasının əvəzinə birlikdə yaşamanın düsturunu tapmalıyıq. Mən 2010-cu ildə “İslam Almaniyaya da aiddir” ifadəsini işlətdim. Mübahisələr, iradlar oldu. Bəziləri dedi ki, müsəlmanlar aiddir, amma İslam deyil. Xeyr, 3 milyon müsəlman ölkəmizdə yaşayırsa, o zaman onlar bu ölkəyə dinləri ilə birlikdə aiddilər. Onlara İslam din dərsləri, imamların yetişdirilməsi və məscidlərin fəaliyyəti üçün tam şəkildə imkan vermək lazımdır” deyə Vulff vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir