Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
muzey

İslam dini İsveçrə xalqına bu muzeylə tanıdılacaq

Share Button

İsveçrənin Şo-de-Fonds şəhərində İslam Mədəniyyətləri Muzeyinin açılışı olub. “Din.az” “Anadolu”ya istinadən xəbər verir ki, Avropada […]

İsveçrənin Şo-de-Fonds şəhərində İslam Mədəniyyətləri Muzeyinin açılışı olub.

“Din.az” “Anadolu”ya istinadən xəbər verir ki, Avropada İslam dini ilə bağlı “ilk müasir muzey” kimi səciyyələndirilən İslam Mədəniyyətləri Muzeyi ifrat sağçı İsveçrə Xalq Partiyasının etirazlarına baxmayaraq, 15 illik əziyyətdən sonra açılıb.

1459945926_exposition-3

“İslam sivilizasiyası muzeyi” adıyla tarixi bir binada açılışı baş tutan muzeyin İslam mədəniyyətlərinin tarixinin ilk vaxtlarından günümüzə qədər müasir bir texnologiyadan istifadə olunaraq, eksponatlar ingilis, fransız, alman və ərəb dillərində ziyarətçilərə təqdim olunur.

Müsəlman alimləri və filosoflarının əsərlərinin də tanıtdırıldığı muzeydə, İslamın bəşəriyyətin inkişafına və Qərb mədəniyyətinə olan töhfələri ziyarətçilərə çatdırılıb.

1459945990_exposition-2

1459945897_exposition-5

Layihənin sahibi və muzeyin direktoru Əlcəzair əsilli isveçrəli Nadia Karmus muzeyin açılış mərasimində çıxış edib. “Bu muzey vasitəsilə yaxşılığın, gözəlliyin tərənnümü və tolerantlıq dini olan İslamın bir əmin-amanlıq, sülh və sevgi dini olduğunu izah etməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə o bildirib

İslam dinini Qərbə ən sadə vaziyyətilə ilə təqdim etmək istədiklərini bildirən Karmus, tarix boyu İslam dünyasında nələr baş verdiyini bütün aspektlərilə nümayiş etdirəcəklərini və İslam haqqında ən dəqiq məlumatı sənədlərlə təqdim edəcəklərini qeyd edib.

1459945913_exposition-4

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top