Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslam dininə itaət edən tayfanın hökmran qadınları – FOTO

Bu şəhərdə qadınlara hər şey olar, kişilərin hüquqları isə məhduddur…

Tuareqlər tayfasına qadınlar başçılıq edir, kişilərin isə heç bir hüququ yoxdur.

“Din.az”ın məlumatına görə, “publika.az” xarici mətbuata istinadən xəbər verir ki, Timbutktu şəhərində yaşayan tuareqlər tayfasına qadınlar başcılıq edir.

Dünyanın ən unikal xalqının çox qəribə adət və ənənələri var. Bütün sivil dünyada əsas söz sahibi və idarəedici tərəf kişilər olsa da, bu tayfada matriarxlıq hökm sürür. Onlar uzun illərdir ki, öz ənənələrini qoruyub saxlayırlar, kişilər isə küçədə başlarını örtmək məcburiyyətindədir. Yeri gəlmişkən, onlar bu yaşayışa öyrəşib və heç bir qeyri-adilik hiss etmir.

Əfsanələrə görə, bu tayfa böyük ana və böyük çariça Ton-Xinan nəslindəndir. O, nə vaxtsa Amazonka olub və Xoqqara Mərakeşin cənub vilayətindən gəlib. Yeri gəlmişkən, 1925-ci ildə Alabessada kübar qadınlara aid zəngin məzarlıq tapılıb. Tuareqlər inanırlar ki, bu məzarlar çariçaya aiddir.

Tuareqlər rəsmən islam dininə itaət edir, amma bu, onların ənənələrinə heç cür təsir etmir. Bu xalqda qadınların hüquqları kişilərdən daha üstündür. Onlar başını bağlamır. Üstəlik, buna görə onları kiminsə qınamağa haqqı yoxdur.

Tuareqlər şəxsi həyatının sirr kimi saxlayırlar. Bundan başqa, bütün mülkiyyət, həm daşınar, həm də daşınmaz əmlak qadınlara məxsusdur. Və əgər boşanma olarsa, onda  mülkü qadın bölür, kişi isə ona verilənlə kifayətlənir.

Qadınlar tuareqlər xalqının mədəni irsini qoruyub. Məhz onlar uşaqlıqdan yazmağı və oxumağı öyrənir, kişilərə isə atalarından iti qılınc və xüsusi baş örtüyü miras qalır.

Qeyd edək ki, kişilər həddi buluğa çatandan sonra baş örtüyünü hətta evdə yemək zamanı çıxara bilməz. Kişinin üzünü yalnız məşuqəsi və ya həyat yoldaşı görə bilər. Kişilər sarğılardan istifadə edirdilər. Bəzən bu sarğıların uzunluğu hətta 40 metrə çatırdı. Onlar sarğı vasitəsilə üzlərini alınların, bağlayırdılar. Bir tək gözləri görünürdü. Qadınlar isə əksinə olaraq üzü açıq gəzirlər.

Onların ənənəvi paltarlarına görə, tuareqləri “Mavi xalq” adlandırırlar. Burada parçaları çox maraqlı üsulla bəzəyirlər: rəng paltarlara daşla vurulur və ona görə də insanların dərisində göyümtül rəng qalır.

Afrikada milyona yaxın çoxsaylı tuareqi tayfaları var. Onlar min il Saxara səhrasında köçəri həyat yaşayıb. Demək lazımdır ki, bu xalq dəvəsiz səhrada  yaşaya bilməzdi. Yeri gəlmişkən, kişilər boşanandan sonra onlarda yeganə dəvə qalır. Və bu, yaxşı jest sayılır.

Tuareqlər dünyada üzünü bağlamağa məcbur olan yeganə xalqdır. Qızın xoşuna gəlmək üçün isə gənclər qeyri-adi istedadlara malik olmalıdır. Qızlar sevgilisinə şeir yaza bilən oğlanları xüsusilə qiymətləndirir. Əgər qız da ona eyni şəkildə cavab verərsə, poeziya gecəsi təşkil etmək üçün yalnız günəş batmasını gözləmək qalır. Lakin bir çox ənənələr artıq cəmiyyətin inkişafı ilə birlikdə tədricən silinir.

29C700C600000578-3131511-image-a-44_1435072397084

1c47e59dfc9fbced7776d3ff302ed525

29E2B90600000578-3131511-Class_system_Tuareg_women_pictured_in_Niger_The_Tuareg_are_divid-a-11_1435129466227

448

4179734430_36c48d134b

20150811024626-65686-13

20150811024700-96374-13

almosafr_d2c089723b

images

toureg2

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...