Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslam dövrünə aid ən qədim arxeoloji tapıntı – FOTO

Erkən İslam dövrünə aid şüşə qalıqlar, metallar, daş qablar və ov alətləri aşkar edilib.

Qətərdə erkən İslam dövrünə aid bölgənin ən qədim arxeoloji sahəsi kəşf edilib.

Din.az bildirir ki, bu haqda Qətər Muzeylər Qurumundan edilən yazılı açıqlamada bildirilib.

Məlumata əsasən, ölkənin qərbindəki Yugbi ərazisində erkən İslam dövrünə aid bölgənin ən qədim arxeoloji sahəsi Qətərdəki London Universiteti Akademiyası (ULC) ilə birgə aparılan qazıntı işləri nəticəsində kəşf edilib.

Sasanilər dövrünün sonlarına təsadüf edən, 538-670-ci illərdə inşa edildiyi ehtimal edilən meydançada hələ də mövcud olan memarlıq qalıqlarınının Əməvilər dövrünə (661-750) aid edildiyi deyilir.

Meydançada olan qalıqlar arasında VII-VIII əsrlərə aid keramik əşyalar, erkən İslam dövrünə aid şüşə qalıqlar, metallar, daş qablar və ov alətləri var.

Bu arxeoloji tapıntının Qətər Muzeyləri və Qətərdəki ULC arasında “Böyük Səhra” adı ilə 3 il əvvəl başlanılan birgə layihə çərçivəsində üzə çıxdığı qeyd olunur. / İslaminsesi.info

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...