Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam dünyası ABŞ-a qarşı yeganə güc olacaq – Ekspert

“İslam dininə etiqad edənlərin sayı dünyada 1-ci yerə yüksələcək”.

“XXI əsr islam dövrü olacaq”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, strateji araşdırmalar üzrə mütəxəssis Nebil Xəlifə deyib.

“İslam dininə etiqad edənlərin sayı dünyada 1-ci yerə yüksələcək. İqtisadiyyatın əsasları, dünyadakı enerjinin 3-dən 2-si islam dünyasında mövcuddur. Yəni, neft və qaz ehtiyatlarının 65 faizi islam dünyasındadır. Dünyada müsəlmanların yaşadığı qitələr Mərakeşdən İndoneziyaya qədər “orta qitə” adlanır. Orta qitəyə sahib olanlar dünyaya sahib olar. Məhz bu səbəbdən Amerika buranı ələ keçirmək istəyir. İslamın orta qitədə yer alması nəticəsində gələcəkdə dünyada nələrin baş verəcəyinə diqqət edin. İslam 21-ci yüzillikdə yeni dünya nizamında Amerikanın qarşısında dayanan güc olacaq”, – deyə ekspert bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...