Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İslam dünyası QHT-ləri Türkiyəyə dəstək bəyanatı yaydı

Konfransda 15 iyulda FETÖ tərəfindən hərbi çevriliş cəhdi pislənilib

İslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyi (İDSB) Türkiyə prezidenti, parlamenti və hökumətinə dəstək bəyanatı yayıb.

“Din.az” xəbər verir ki, APA-nın məlumatına görə, bəyanat Birliyin İstanbulda keçirdiyi mətbuat konfransında İDSB-nin baş katibi Əli Kurt tərəfindən oxunub.

16 ölkəni təmsil edən QHT rəhbərləri, islam alimləri və siyasətçilərin iştirak etdiyi mətbuat konfransında 15 iyulda FETÖ tərəfindən hərbi çevriliş cəhdi pislənilib.

Türkiyə prezidenti, TBMM, hökumət, polis, ordu və xalqın hərbi çevriliş cəhdinə qarşı eyni mövqedən çıxış edərək bunu puça çıxarmaları təqdir edilib.

Brifinqə video bağlantı vasitəsi ilə Malayziya, Pakistan, Misir və İngiltərədən qatılan QHT rəhbələri və din alimləri türk millətinin iradəsi sayəsində bundan sonra da Türkiyədə heç bir qeyri-qanuni üsuli-idarə formasına icazə verilməyəcəyinə inandıqlarını vurğulayıblar.

Qeyd edək ki, mərkəzi İstanbulda olan İslam Dünyası QHT-lər Birliyinə dünyanın 63 ölkəsindən təşkilatlar üzv olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...