Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İslam dünyası şiəlik və sünnilik kimi təhdidlərlə üz-üzədir

Share Button

Bizim şiəlik, yaxud sünnilik deyə bir dinimiz yoxdur. Yeganə dinimiz İslamdır.

Din.az mir-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunu heç bir zaman unutmayın. Sökülən bina inşa edilə bilər, itirilənin yerini başqası əvəz edə bilər. Lakin özünə inamını itirən bir millətin təkrar tarix yazması əsla mümkün deyil. Bu gün islam dünyası şiəlik və sünnilik kimi təhdidlərlə üz-üzədir.

Bizim şiəlik, yaxud sünnilik deyə bir dinimiz yoxdur. Yeganə dinimiz İslamdır. Biz belə bir ayrıseçkiliyə yol verə bilmərik. Ölən də, öldürən də Allahu Əkbər deyir. Müsəlmanlar nə hala düşdü.

Suriyada dövlətin başıçısı terrorçudur. İslam ilə əlaqəsi olmayanlar bu kimi işlərin mərkəzindədirlər. 500 mindən çox insan öldü. Suriyada tarix və mədniyyət qaldımı? Dağıdanlar Suriyanı yenidən quracaqlarmı?”, – Ərdoğan bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir