Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
islam-elmi

Nobel mükafatlı türk alim Aziz Sancar belə deyib

Share Button

Dünyanın ən üstün zəkalı insanı normal bir həkimdir.

Dünən Türkiyənin Yıldız Texniki Universitetinin Mədəniyyət Mərkəzində Türkiyə Zəkalılar Dərnəyinin keçirdiyi bir tədbirdə Nobel mükafatlı türk alim Aziz Sancar “İslam dünyası son 500 ildə elmə doğru-dürüst töhfə verməyib. Bunu düzəltməliyik” , – deyə qeyd edib.

“Din.az” Aziz Sancarın tədbirdəki çıxışından seçmələri təqdim edir:

“Daha gözləyə bilmərik. 2023 deyirik. İnşalah 2023-cü ildə olar. Onda olmasa, 2033-də olsun, amma ondan da 25-30 il sonranı gözləyə bilmərik. Artıq Amerika və Avropa səviyyəsinə qalxmamız lazımdır. Elm və texnologiya ilə maraqlanan uşaqlarımızı dəstəkləməliyik, onların inkişafını asanlaşdırmalıyıq…”

maxresdefault“Mən üstün zəkalı deyiləm. Üstün zəkalı uşaqlar var və onları təbrik edirəm. Onlara uğurlar arzu edirəm və onlara əlimizdən gələn qədər dəstək vrməliyik. Amma uğurlu olmaq Nobel almaq deyildir. Uğurlu olmaq ailənizə, ölkənizə, vətəninizə, insanlığa xidmət etmək deməkdir.”

“Bir ayaqqabı rəngləyən, bir müəllim, bir rektor, yaxud Nobel almış bir elm adamının işini yaxşı görməsi uğurdur. Nə ediriksə edək, əlimizdən gələn ən yaxşısını etməyə çalışaq. Bu, bir ölkənin uğurudur. Amma uşaq vaxtı təbii ki, bu düşüncəni uşaqlarımıza başa salmalıyıq. Bu düşüncəni onlarda inkişaf etdirməliyik.”

“Əvvəlcə bu tədbirə gəlmək istəmirdim. Bu tədbirə görə yox, heç bir yerə getmək istəmirəm. Amma gələndə çox sevindim. Mənim də bir az qatqım olsun dedim. Elm yapmalıyıq. İnsanlığın elm xəzinəsinə qatılmalıyıq. Niyə etmirik? Yalnız Türkiyə deyil, bütün İslam dünyası son 500 ildə doğru-dürüst elmə töhfə verməyib. Bu, həqiqətdir. Bunu düzəltməliyik.”

“Elm kültürünü inkişaf etdirmək bir ənənə olmalıdır. Bu, Amerikada bir çox seminarın mövzusu olub. Yəudi qardaşlarımız dünya əhalisinin 0,2’sini təşkil edirlər, amma elm Nobellərinin yüzdə 20-sini alıblar. Onlar bütün insanlardan daha zəkalıdırlar? Yox, deyillər. Onların kültüründə təhsilə, elmə önəm verilir. Bu, yüzillərlə belə olub. Bunu ölkəmizdə də inkişaf etdirməliyik. Bunu etdikcə bizdə də 100 ildə bir dənə elm sahəsində Nobel almış türk elm adamı deyil, 10-20 elm adamı olar. İnşallah, bu kimi fəaliyyətlərlə uşaqlarımızı elmə, elm kültürünə alışdırmağa davam edər və gələcək əsrdə inşallah, bizdən sonrakı nəsillər artıq “Aziz Sancar və ya İsmail Arslan Nobel alıb, dəvət edək” deməz, mış, “Zatən hər kəs Nobel alır deyə, fikir də verməz” Arzum budur.

“İşləsəniz, Nobel öz-özünə gələcək. Mən Nobel almaq üçün araşdırma yapmadım. Nobel bir insanın və ya cəmiyyətin insanlığa töhfəsinin tam ölçüsü deyil. Biz uşaqlarımızı yaxşı yetişdirməklə vəzifəmizi yerinə yetiririk. Onlar da ölkəmizə, insanlığa xidmət edərlər”.

“Məncə, hər kəsin zəkası eynidir. Üstün zəkalılar deyirsiniz. Bilmirəm, zəka necə ölçülür? Dünyanın ən üstün zəkalı insanı normal bir həkimdir. Bir həkim, texnologiya sahəsind. dövr yaradacaq bir kəşf etməyib. IQ Testi nəyi ölçür, bilmirəm. Mən orta zəkalıl bir insanam. Mən çox çalışaraq uğurlu oldum. Zəka, istedad subyektiv bir şeydir, məncə”. (azadliq.org)

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh Nobel mükafatlı türk alim Aziz Sancar belə deyib üçün

  1. Farid Rashid dedi:

    Müsəlmanlar ancaq hazira nazirdir elmi dünyaya tanitdiran müsəlmanlar ama indi ən savadsiz ölkələr islam adini daşiyan ölkələrdir. Allah sonunu xeyirli qilsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top