Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
photo_176317

İslam düşmənçiliyi bu kitabla başladı

Share Button

kitab 15-ci əsrdə katolik keşişlər tərəfindən yazılıb

Qərb ölkələrində, xüsusilə də Qərbi Avropada islamofobiya, islam düşmənçiliyi sürətlə artır. Tolerantlığın antipodu olan bu dünyagörüşünün daşıyıcısı olan xristianlar müsəlmanları özlərinə düşmən, islamı isə təhlükə sayırlar. Belə düşüncələrin əsrlər əvvələ uzanan kökləri var. Həmin köklərdən biri barədə açıqlama verilib.

“Din.az” “olaylar.az”a istinadən xəbər verir ki, alimlərin “elmi sensasiya” adlandırdıqları tapıntı Qərbi Avropada aşkar şəkildə islama və müsəlmanlara qarşı yönəlmiş ilk “elmi əsər”dir.
National Geographic bildirir ki, “Məhşər xəritəsi” (Apocalyptic Cartography) adlanan bu kitab 15-ci əsrdə katolik keşişlər tərəfindən yazılıb.
Kitabı tarixçilər Çet Van Dizer və İlya Dins aşkarlayıblar.

photo_176317

Van Dizer deyir: “15-ci əsr Avropasında Məhşər mövzusu çox geniş yayılmışdı, aktual idi. Hamı qorxurdu. Çünki nəhəng Bizans imperiyasının paytaxtı Konstantinopolu türklər fəth etmişdilər.

Avropalı katoliklər də sonun yaxınlaşdığını düşünürdülər. Bununla bağlı onlarla, yüzlərlə əlyazma var. Amma “Məhşər xəritəsi” avropalıların islam qarşısındakı xofunu tam dəqiqliklə göstərir. Bundan başqa, əlyazma kitabda bildirilir ki, mömin olmayan xristianları Məhşər Günü dəhşətli əzablar gözləyir. Yəni həmin günün məhkəməsindən kimsə harasa qaça bilməz”.

“Məhşər xəritəsi” tematik xəritə deyil, yəni orada çaylar, dağlar, meşələr, yollar və şəhərlər əks olunmayıb. Hazırda ABŞ-ın Kaliforniya ştatındakı San-Marino şəhərində, Hantinqton kitabxanasında saxlanan bu xəritə “məhşər kartoqrafiyası” da adlandırıla bilər.

“Məhşər xəritəsi”ndə bildirilir ki, Antixristin 4 buynuzu 1600-1606-cı illərdə dünyanın 4 istiqamətinə yönələcək. İblis insanları aldadacaq, yalan, hiyləgərlik, qəddarlıq vasitəsilə insanları öz arxasınca getməyə sövq edəcək.

1486-1488-ci illərdə Almaniyanın Lübek şəhərindəki katolik monastırında latın dilində yazılan bu kitab geniş kütlə üçün nəzərdə tutulmayıb.
Kitabda 639-1514-cü illərdə Yer kürəsindəki hadisələrdən bəhs olunur. Kitab aşkar islam düşmənçiliyi ruhundadır.

“Məhşər xəritəsi”ində islam qılıncının Avropanı fəth edəcəyi, 1651-ci ildə isə Məhşər Günü olacağından yazılıb.

Müəllif müsəlmanları “mömin xristianların başlıca düşməni” kimi təqdim edir.

“Əlyazmada bütün xəritələr simvolikdir. Lakin məhşərsonrası durum maksimal dərəcədə əks olunub. Müəllif Cənnətə qədər olan məsafəni də hesablayıb. Onun fikrincə, Lübekdən Qüdsə, oradan da 1500 kilometr şərqə doğru gedən mömin katolik cənnətə çata bilər. Yəni Lübekdən çıxan xristian 6100 kilometri qət edərdisə, guya cənnətə çatacaqmış.  Ən əsası isə budur ki, “Məhşər Xəritəsi” o dövrlərdə Avropada formalaşmağa başlanmış islamofobiyanın “məhək daş”ları olan prinsipləri, ehkamları ortaya qoyur”, – Van Dizer deyib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top