Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam düşməni “Baron”un yeni hədəfi: Çamlıca Məscidi

İslamın düşməni – “media baronu” Murdoch İngiltərədəki mediası ilə İstanbuldakı Çamlıca Məscidinə reaksiya verib. “Din.az” xəbər verir ki, dünyəvilərin məscidi istəmədiyini yazan “The Times” qəzeti “İstanbulun ən məşhur yerində məscid tikirlər” başlıqlı yazı yazıb. Türkiyədə “FOX TV”nin də sahibi olan media baronu Rupert Murdochun yeni hədəfi, artıq İstanbulda tikintisi başa çatan Çamlıca Məscidi olub. Daha […]

İslamın düşməni – “media baronu” Murdoch İngiltərədəki mediası ilə İstanbuldakı Çamlıca Məscidinə reaksiya verib.

“Din.az” xəbər verir ki, dünyəvilərin məscidi istəmədiyini yazan “The Times” qəzeti “İstanbulun ən məşhur yerində məscid tikirlər” başlıqlı yazı yazıb.

Türkiyədə “FOX TV”nin də sahibi olan media baronu Rupert Murdochun yeni hədəfi, artıq İstanbulda tikintisi başa çatan Çamlıca Məscidi olub. Daha əvvəl “müsəlmanların öldürülməsinin lazım olduğunu” ifadə edən Murdoch İngiltərədəki yayım orqanlarından biri olan “The Times”a Çamlıca Məscidinə qarşı bir əməliyyatın başladılması üçün xəbər əmri verib.

Qəzetin müxbiri Hannah Lucinda Smith də aldığı əmri tətbiq edib.

“The Times”, “İstanbulun Üsküdardakı Çamlıca məscidinin inşaatı artıq sona çatmaq üzrədir. Ankara nəhəng məscid inşası proqramını gücünü ən əlverişsiz yerlərə doğru genişləndirməyi bir yol olaraq görür. Çamlıca bir zamanlar Osmanlı sultanlarının istirahət üçün ən sevdiyi yer idi. Çamlıca Məscidi, hökumətin, ölkənin xüsusi İslam markasını gücləndirmə və bütün dünyaya ixrac etməsinin ən görkəmli nümunəsidir. Ölkə xaricində, Malidən Moskvaya Türkiyənin maliyyələşdirdiyi 5 məscid keçən il, 10 məscid isə yenicə açıldı. 6 məscid isə hazırda tikilmək üzərədir və biri Kəmbridjdə olmaq üzrə 10 məscidin tikilməsi planlaşdırma mərhələsindədir. Türkiyə, İsrailin Qəzzada qarşıdurmalar zamanı yıxdığı ən azı 9 məscidi yeniləyir və ya yenidən inşa edir”qəzet yazıb.

Dünyəvilərin məscidlərin tikilməsindən narahatlıq duyduğunu ifadə edən qəzet, Türkiyənin ölkə xaricində də məscidtikmə planları olduğuna diqqət çəkib.

“The Times”ın şərhi belədir: Öndə gələn müsəlman xalqlarda məscid tikintisi nüfuzun ölkə xaricinə çatması üçün istifadə edilir, çox zaman da mübahisələrə səbəb olur. Dindar biri üçün bu, ölkənin böyüyən gücünün, dini oyanışının simvolu, dünyəvi biri üçün isə AK Partiyasının yalnız siyasi şovmenlik üçün etdiyi göstəriş layihəsidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir