Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Amerikalı müsəlman silahların ucuna çiçək taxdı – FOTO – VİDEO

İslam əleyhinə etiraza çiçəklə cavab…

ABŞ-ın Dallas şəhərində 3 gün əvvəl gerçəkləşən Donald Trampın mitinqində bir qrup silahlı iştirak edib. Mitinqdə Rod Weber adlı fəal İslama qarşı olan qrup üzvlərinin silahlarının ucuna çiçək taxıb.

“Din.az” bildirir ki, “Əl-Cəzirə”nin verdiyi xəbərə görə, qrupun veb-saytı İslama qarşı broşuralar, afişalar və şüarlarla doludur. Amerikanı islamdan qorumaq üçün qurulduqlarını söyləyən bu qrup, xüsusilə islamofobik çıxışları ilə Amerika cəmiyyətinin diqqətini çəkir.

Qrupun, müsəlmanları Amerikaya almamağa söz verən Donald Trampa dəstək üçün mitinqdə silahlarla dolaşmalarına məşhur amerikalı fəal Rod Weber tərəfindən qeyri-adi bir hərəkətlə reaksiya verilib.

Weber, videoya çəkdiyi çıxışında qrup üzvlərinin əllərindəki silahların ucuna çiçəklər yerləşdirib.

1MK8pJ6Q

123910

islam-karsiti-eyleme-cicekle-yanit-598c157

MÜZAKİRƏ

1 şərh Amerikalı müsəlman silahların ucuna çiçək taxdı – FOTO – VİDEO üçün

  1. ramazan dedi:

    onlarin dinine tabe olmadiqca onlar sizden razi qalmazlar
    Allahdan doqru sozlu kim ola biler

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...