Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam əleyhinə kitab yazan siyasətçi müsəlman oldu

İslam dini əleyhinə kitab yazdığı müddətdə müsəlmanlığı qəbul etdi.

Hollandiyada ifrat sağçı, vaxtilə “Müstəqillik Partiyası”nın deputatı Joram Van Klaveren İslam dini əleyhinə kitab yazdığı müddətdə müsəlmanlığı qəbul edib.

Din.az bildirir ki, 39 yaşlı keçmiş siyasətçi ötən ilin oktyabrında “Kəlmeyi-şəhadət” söyləyərək müsəlman olduğunu bildirib. Van Klaveren kitabı yazmaq üçün apardığı araşdırmalar əsnasında İslamla bağlı dünyagörüşü dəyişib.

Eks-deputat müsəlman olduqdan sonra bu dinə sitayiş etməyənlərin İslam əleyhinə olan düşüncələrini dəyişən kitab çap edib. (Qafqazinfo.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...