Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam faizi (riba, sələm) qadağan edir, zəkatı fərz edir

Vəhyə görə faiz niyə «Allaha qarşı müharibə elan etmək» olaraq qəbul edilib?

Faiz hər hansı bir istehsal olmadan ancaq puldan pul qazanmaqdır. İslam faizi (riba, sələm) qadağan edir, zəkatı fərz edir.

Faiz qarşılıqsız almaq, zəkat qarşılıqsız verməkdir. Faiz kasıbı daha da kasıblaşdırıb, imkanlını daha da imkanlı edir, zəkat isə kasıbı dirçəldir. Faiz əməyi sömürmək, zəkat isə çörəyi bölüşməkdir. Faiz var-dövlətin kəmiyyətini çoxaldır keyfiyyətini azaldır, zəkat isə sərvətin kəmiyyətini azaldır keyfiyyətini artırır. Faizin axirətdəki əvəzi əzab, zəkatın axirətdəki qarşılığı savabdır («Rum» surəsi, 30/39).

Faiz qadağasının səbəbi «əməyin və istehsalatın» təşviq edilərək əmək istismarının və haqsız qazancın qadağan edilməsidir.

Quran bütün günahlar arasında təkcə faiz haqqında başqa haramlarla müqayisə ediləndə «Allaha qarşı müharibə elan etmək» («Bəqərə» surəsi, 2/279) kimi ağır ifadə işlədir.

 

Vəhyə görə faiz niyə «Allaha qarşı müharibə elan etmək» olaraq qəbul edilmişdir?

Quranın din dilində «insanlığa aid olan» hər hansı bir şey «Tanrıya məxsus olan» bir şey kimi qəbul edilmişdir. Məsələn, Quran insanlığa əmanət edilən Kəbəyə «Allahın evi» (beytullah), insanlığa əmanət edilən yer üzünə «Allahın yeri» (ardullah), cəmiyyətə əmanət edilən dəvəyə «Allahın dəvəsi» (naqatullah) deyir.

Eyni din dilinin bir hissəsi olaraq insanlığın haqqına təcavüz Allahın haqqına təcavüz kimi qəbul edilmişdir. Buna görə də Quran cəmiyyətin əməyinə qarşı təcavüz olan faizi Allaha qarşı müharibə elan etmək kimi qəbul etmişdir.

Faiz bəşəriyyətin haqqına təcavüz hesab edilmişdir. Çünki hər faizli əməliyyat istismarı ucaldır, əməyi alçaldır. Bu insanların gözündə əməyin dəyərsizləşməsinə və əmək sərf etmədən asan qazanc qazanılmasına səbəb olur. Bunun nəticəsində mənfəət nigarançılığı şəfqət və mərhəmətin qarşına keçir. Yığmaq ehtirası istehsal və əmək sərf etmək kimi ləyaqətin qarşısına keçir. Bu isə cəmiyyətin dəyər itkisidir.

Faiz qadağası insanın «çoxaltmaq ehtirasını» cilovlamağı əsas alır. Quran çoxaltmaq və yığmaq ehtirasının insanlığı nə dərəcədə böyük  bir cəhənnəmə tərəf sürüdüyünü bu heyrətləndici təsbitlərlə ifadə edir:

«Məzara girənə kimi, çoxaltmaq ehtirası sizi yayındırdı. Amma xeyr, belə etməyin! Vaxtı gələndə həqiqəti (bu dünyada) öyrənəcəksiniz. Deyək ki, burada olmadı; elə isə vaxtı gələndə gerçəyi (axirətdə) öyrənəcəksiniz. Xeyr, əsla belə etməyin! Əgər bu (həvəsin nəyə səbəb olduğunu) tam qavrasaydınız, əlbəttə, (dünyanı) cəhənnəmə (çevirdiyinizi) də görərdiniz; (Deyək ki, burada görmədiniz); amma daha sonra onu onsuz da gözlərinizlə mütləq görəcəksiniz. Nəhayət, (ötəri nemətləri seçdiyiniz) O Gün, bütün axirət nemətlərinə görə hesaba çəkiləcəksiniz» («Təkasur» surəsi, 102/1-8).

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...