Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“İslam islahatı” Makronun masasında: “Fransa imam yetişdirəcək”

“Fransada doğulmuş və fransız dilində danışan imamlar yetişdirilməlidir”.

Fransa Prezidenti Emmanuel Makron “sarı jiletlilər”in etirazlarına cavab olaraq yeni islahat paketini açıb.

Din.az xəbər verir ki, Baş nazir Eduard Filip İslam dini ilə bağlı yeni islahatların həyata keçiriləcəyini bildirib.

Baş nazir qeyd edib ki, Fransada doğulmuş və fransız dilində danışan imamlar yetişdirilməlidir: “İmam və müəzzinlərin xarici ölkələrdən maaş aldığı sistemə son qoyulmalıdır”.

Filip Fransa hökumətinin 2021-ci il seçkilərinə qədər sosial-iqtisadi islahatlara yanaşı, islam dini ilə bağlı da konkret addımlar atacağını bildirib.

​Fransada bir çox məsciddə işləyən Diyanət İşləri Türk Birliyinə (DİTİB) bağlı imamlar Türkiyədən maaş alır. Makronun yeni islahatlarının bu məscidlərə təsir edəcəyi bildirilib. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...