Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslam Kərimov belə dəfn edildi – FOTO

Prezidentin nəşi çiyinlərdə daşındı…

Özbəkistanın mərhum prezidenti İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.

“Din.az” APA-nın xəbərinə görə, İ. Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Onun nəşini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar.

İ. Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb.

Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun ölümü ilə bağlı dünən rəsmi məlumat yayıb.

Ölkədə bu gündən 3 günlük matəm elan olunub.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

01a46e1aa612a5421fa75d97783e1543

1d3bd8a7e363de5d06c451d4c8591d9d

6fdc5d9cdeb4a94a2f4fdb20e18a735c

89e943557ef7cba58e9cfa3555c874c0

723b0bb907ac5cd7830dde37f651703f

d06e9796e783cd853badcb4061027bec

da48b8e70b7fedacaecddddaef8523bc

fd88e1e85878045e4bba1c0a728330d6

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...