Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslam konfransında donuz kolbasasından QƏLYANALTI…

Donuz ətini yeməyən müsəlmanlara hörmətsizlik edildi.

Berlində keçirilən Alman İslam Konfransının iştirakçılarına qəlyanaltı qismində donuz ətindən kolbasa təqdim olunub.

Din.az bildirir ki, konfrans iştirakçılarının bəziləri bunu müsəlmanlara hörmətsizlik kimi qəbul ediblər.

“Daxili İşlər Nazirliyi bununla nə demək istəyir? Donuz ətini yeməyən müsəlmanlara bir qədər hörmətlə yanaşmaq da olardı”, – deyə konfransda olan jurnalistlərdən “Twiter”də yazıb.

Konfrans iştirakçılarına 13 növ qəlyanaltı təqdim olunub. Donuz kolbasası siyahıda olmayıb. Almaniya Daxili İşlər Nazirliyi konfrans iştirakçılarından üzr istəyib. (Oxu.Az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...