Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam nə deyildir?

Deməli, İslam, mərkəzi Allah, hədəfi isə insan olan inancdır.

İslam nə deyildir?

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

İslam müharibə və düşmənçilik dini deyildir. Allaha qeyd-şərtsiz inananların inanc sistemi mənasına gələn İslamın əmələ gəldiyi düşünülən üç kökdən biri sülh mənsında olan “silm” sözüdür. Müsəlman olduğunu ifadə edən şəxs qısaca bunu qəbul edir: “Mən Allaha qeyd-şərtsiz inanıb boyun əyən və sülhü əsas götürən insanam”. Çünki Allaha qeyd-şərtsiz inanıb boyun əymədən müsəlman olmaq, bu yaxınlığı və əmin-amanlığı əsas götürmədən müsəlman olmaq, yaxud müsəlman kimi qalmaq mümkün deyildir. Bu səbəbdən, müsəlman olduğunu ifadə edən hər insan eyni zamanda müəyyən sülh elçisi, sülh könüllüsü olacağının zəruri olduğunu bilməlidir.

 

ORTAQ DƏYƏRLƏR

İslam insan olmağın şərəfinə, düşünülən insan ağlına, təbiəti pozulmayan insan ruhuna və vicdanına ən uyğun sistem kimi bəşəriyyətin ortaq dəyərlərini əhatə edir. Bu səbəbdən, müsəlman olmaq həm də “insan olmaq” deməkdir.

Çünki istər yaradılışı, istərsə də ağlı və vicdanı ilə yalnız insan olduğu, sülh və səmimi inam olduğu və müsəlman olduğu təqdirdə insanın mənası və dəyəri vardır.

Deməli, İslam, mərkəzi Allah, hədəfi isə insan olan inancdır. İslam insan üçündür. İnsanı yaradılış məqsədinə uyğun formaya salıb, həmin məqsədə uyğun da yaşatmaq üçündür.

İslam həyat alan deyil, həyat verən dindir. Özünü müsəlman adlandıran hər kəs bu həqiqəti gözəl şəkildə göstərməli, ən əvvəl öz nəfsinə, sonra isə başqalarına Allahın ayələrilə gözəl nəsihətlər verərək nümunə olmalıdır.

 

SÜLHƏ GƏLİN

Quran ayələri inananları “silm”ə, yəni əsl mənada Allaha inanıb boyun əyərək sülh və əminliyə gəlməyə dəvət edir: “Ey iman gətirənlər, hamınız birgə şəkildə sülh və əmin-amanlığa (silmə, İslama) gəlin və şeytanın addımlarını izləməyin. Çünki o, sizə açıq düşməndir”. (“Bəqərə” surəsi,  208)

Quranda inananların xüsusiyyətləri qeyd edilərkən, onların pislikləri yaxşılıqlarla aradan qaldıranlar olduqları vurğulanır: “(Onlar) pisliyi yaxşılıqla aradan qaldırırlar. Məhz onlar bu diyarın xoşbəxt sonu olacaq sakinləridirlər”. (“Rad” surəsi,  22)

 

SÜLHÜ ƏSAS GÖTÜRÜN

Ayələrdə həmçinin, edilən pisliklərin qarşılığının buna bənzər pislik olduğu qeyd edilərkən, sülhə və bağışlamağa əhəmiyyət verməyin daha xeyirli və ağıllı davranış olduğu vurğulanır: “Pisliyin qarşılığı, onun misli (bənzəri) olan pislikdir. Lakin kim bağışlayıb sülhü əsas götürərək ağıllı davransa, artıq onun mükafatı Allaha aiddir. Həqiqətən O, zalımları sevmir”. (“Şura” surəsi,  40)

 

PİSLİYƏ YAXŞILIQLA CAVAB VERİN

Şübhəsiz ki, pisliklə yaxşılıq eyni deyildir. Pisliyə pisliklə qarşılıq vermək pisliyi aradan qaldırmır. Ayələrdə pisliyə yaxşı və gözəl olanla qarşılıq vermənin daxilində düşmənçilik və pislik olan birini də yaxın dosta çevirməyin mümkün olduğu vurğulanır:

“(Bir halda ki) yaxşılıqla pislik eyni deyil, o zaman sən (pisliyi) daha gözəl olanla qarşılıq ver. Bax ki, bundan sonra səninlə arasında düşmənçilik olan şəxs (keçmiş bir) dostun, əsl dostun kimi davranacaq!”  (“Fussilət” surəsi,  34)

Belə ki, ayələrin ifadəsilə Allahın seçilmiş bəndələri onlara sataşan və düşmənçilik edən insanlara qarşı da gözəl davranıb, xoş diləklər arzulayan bəndələrdir: “Rəhmanın seçilmiş bəndələri yer üzündə müdrik və təvazökar şəkildə gəzir, pis niyyətli, dar düşüncəli insanlara onlara bir söz dedikdə, (yalnız) sakit (əmin-amanlıq, sülh) davranırlar”. (“Furqan” surəsi,  63)

 

ZORAKILIQ ETMƏ

Allah inananlara yalnız onlara qarşı edilən zorakılıqlara cavab vermək haqqını, yəni özlərini müdafiə haqqını verib.

Bunun xaricində müsəlmanın ona qarşı döyüşməyən, yaxud yer üzündə fəsad törədib zalımlıq etməyən insanlarla qarşı döyüşməsi doğru deyidir: “Sizə döyüş elan edənlərə qarşı Allah yolunda döyüşün, lakin (məqsədinizi aşıb) zorakılıq etməyin, çünki Allah zorakılıq edənləri sevmir”. (“Bəqərə” surəsi,  190)

Bununla yanaşı, ayələrdə döyüşə son qoyub zülhə meyl edənlərə qarşı da xoş davranılması bildirilir: “Əgər onlar sülhə meyl etsələr, sən də onlara qarşı gözəl davran və Allaha güvən”. (“Ənfal” surəsi,  61)

 

NƏZAKƏTLİ OLUN

Allah inananlara qarşı döyüşməyən və onları yurdlarından çıxarmağa çalışmayan şəxslərə qarşı ədalətli və nəzakətli olmağımızı buyurur: “İnancınıza görə sizə qarşı döyüşməyən və sizi yurdlarınızdan sürgün etməyənlərə gəldikdə, Allah onlara nəzakətli şəkildə və ədalətlə davranmağızı qadağan etmir. Çünki Allah ədalətli davrananları sevir”.  (“Mumtəhinə” surəsi,  8)

 

ALLAHI NƏ ÜÇÜN GÖRMÜRÜK?

Bəzi insanların bu sualı tez-tez dilə gətirməsi Allah haqqında lazımi biliyin olmadığının ən gözəl göstəricilərindən biridir. Çünki ən mükəmməl varlıq görülməməlidir. Tarix boyu bir çox dinin tanrıları gözlə görünür, müəyyən yerləri işğal edən, müəyyən rəng, ölçü və görünüşlərə sahib varlıqlardır. Lakin bütün bunlar qüsurlulardır. Çünki müəyyən ölçü, görünüş və rənglərə sahib olan, başqa varlığa bənzədilən, yaxud nə üçün daha böyük olmadığı şəklində suallar verilir. Ən mükəmməl varlıq bənzərsiz olmalıdır. Belə ki, Quran bunu belə ifadə edir:

“Allaha bənzər heç nə yoxdur.” (“Şura” surəsi,  11)

Allah işıq, məkan, göz və fizika qanunları kimi hər şeyin yaradanıdır. Bunlar olmadığı zaman Allah vardı. Belə olduğu halda, “Allah varsa, nə üçün Onu görə bilmirik?” sualını verərək inad göstərmək mənasızdır.

Allahın görünməməsi Onun yoxluğuna dəlildir? Şübhəsiz ki, yox. Ağlımız və zehnimiz olsa da bunları görə bilmirik. Atomları, mikrobları, havanı, yaxud radiasiyanı da görə bilmirik. Lakin onları görməməyimiz onların olmamaları mənasına gəlmir.

İnsanın məhdud görmə duyğusunu cisimlərin varlığı və ya yoxluğu mövzusunda ölçü qəbul etmək böyük səhvdir. Təsəvvür edin ki, biz hələ yayılan işığın hamısını görə bilmirik. Biz yalnız 390-750 nm dalğa qədər olan işığı görürük.

Allahı görməsək də onun mövcud olduğunun işarələrini hər yerdə görürük. Bundan başqa, müqəddəs kitabımız Quran üzərində aparılacaq tərəfsiz araşdırma qarşımıza, Allahın mövcud olması ilə bağlı yüzlərlə sübutu çıxaracaqdır.

Məşhur filosof və fizika alimi Paskal deyib: “Allahın mövcud olması qəlbi açıq insanların asanlıqla görəcəyi qədər açıqdır”.

Digər mühüm məqam isə bu dünya həyatının müəyyən imtahan olması həqiqətinin unudulmamasının vacibliyidir. Allah özünü göstərsəydi, imtahan da öz mənasını itirərdi. Allah görülsəydi, o zaman hər insan Ona inanardı. Allah azad iradəli bəndələrinin inanmaq, yaxud inkar etmək məqamındakı seçimlərini, eyni zamanda bu seçimlərin nəticələrinə qatlanmalarını da onların öhdəsinə buraxıb.

“Gözlər Onu görməz. O, gözlərə çatır. O Şəfqətlidir, hər şeydən xəbərdardır”. (“Ənam” surəsi,  103)

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...