Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam nədir? – Müsəlman kimdir? – İlahiyyatçı Elşad Miridən VİDEOÇARX

İlahiyyatçı Elşad Miri İslamın nə və Müsəlmanın kim olduğunu izah edir.

İlahiyyatçı Elşad Miri “İslam nədir?” başlığı altında videoçarx hazırlayıb.

Din.az xəbər verir ki, videoçarxda ilahiyyatçı insanlar üçün “İslam və Müsəlman nədir?” sualını aydınlaşdırmağa çalışıb.

Həmçinin mövzuda təkcə Elşad Mirinin fikirləri deyil, şəhər sakinlərinin sorğu zamanı söylədikləri, islam haqqında düşüncələri və Quran ayələrindən çəkilən misallar yer alıb.

Videoçarxda təqdim edilən ikinci sorğunun sualı isə “Müsəlman kimdir?” olub. İnsanların gündəlik həyatlarında eşitdikləri halda, sual verildiyim zaman cavablandırmaqda çətinlik çəkdiyi mövzuyla bağlı fikirlər fərqli olub.

Elşad Miri “facebook” səhifəsində mövzu ilə bağlı nə düşündüklərini yazanların şərhini də oxuyub. İlahiyyatçı sonda İslamın nə və Müsəlmanın kim olduğunu izah edərək , fikirlərini “Müsəlman sevən, sevilən və sevgini yayan sevgi insanıdır. Elə isə sevgiylə qalın, sevgi ilə yaşayın!” cümlələri ilə tamamlayıb.

Din.az həmin videoçarxı təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...