Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam Respublikasında dəhşət: Dinc insanlar güllə-baran edildi

Pakistanın Bəlucistan əyalətində faciə baş verib.

Pakistanda dinc insanlara qarşı terror aktı törədilib.
Din.az bildirir ki, Pakistan İslam Respublikasının cənub-qərbində yerləşən Bəlucistan əyalətində naməlum şəxslər avtobusu saxlayaraq, içərisindəki sərnişinləri çölə çıxarıblar.

Pakistanın Qvadar şəhərinin polis rəisi Məhəmməd Vasim bildirib ki, cinayətkar dəstə 14 nəfər güllələyərək qətlə yetirib.

Onun sözlərinə görə, hücum edənlər sərnişinlərdən sənədlərini göstərməyi tələb ediblər.

Pakistaın Baş naziri İmran Xan bu terror aktını pisləyib və ölənlərin qohum və yaxınlarına başsağlığı verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...