Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam Respublikasından İsraillə bağlı ilk İCAZƏ

Pakistan hökuməti ilk dəfə olaraq öz vətəndaşına İsrailə səfər etməyə icazə verib.

Pakistan İslam Respublikası İsraillə bağlı icazə verib.
Din.az xəbər verir ki, Pakistan hökuməti ilk dəfə olaraq öz vətəndaşına İsrailə səfər etməyə icazə verib.

Yerli KİV-lər yazırlar ki, 31 yaşlı pakistanlı yəhudi Fişel Xalid İsrailə səfər edəcək ilk Pakistan vətəndaşı olacaq.

Müsəlman ata və yəhudi ananın övladı olan Fişel Kəraçidə yaşayır.

Maraqlıdır ki, Pakistandakı yəhudilərin əksəriyyəti müsəlman kimi qeydiyyatdadırlar, lakin Fişel öz mənsubiyyətini gizlətmir.

Pakistanın yəhudi icması təxminən 800 nəfərdən ibarətdir.

Fişel 2018-ci il 28 Oktyabrda İsrailə səfər icazəsi üçün müraciət edib, Yanvarın 2-si isə XİN rəsmiləri onunla əlaqə quraraq icazənin verildiyini bildiriblər.

Qeyd etmək lazımdır ki, Pakistan qanunvericiliyinə əsasən, ölkə vətəndaşlarına İsrailə səfər etmək qadağandır.  / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...