Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İslam Səkkizliyi”ndən möhtəşəm qərar

D-8 ölkələri ticarət əməliyyatlarını milli valyutalar əsasında keçirəcəklər.

D-8 ölkələri ticarət əməliyyatlarını milli valyutalar əsasında keçirmək hüququ əldə edəcək.

D-8-ə (İslam Səkkizliyi) üzv ölkələr arasında ticarət əməliyyatlarının aparılması üçün xüsusi ödəmə kartı hazırlanıb.

Din.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bunu Anadolu Agentliyinə açıqlamasında D-8 təşkiltının sədri Dato Ku Cəfər Ku Şaari deyib.

Onun sözlərinə görə, “D8P Card” adlı ödəmə kartının hazırlanması ideyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın D-8 ölkələri arasında ticarət dövriyyəsinin milli valyutalarla həyata keçirilməsinə dair çağırışından sonra meydana gəlib: “Bu kart vasitəsi ilə D-8 ölkələri ticarət əməliyyatlarını milli valyutalar əsasında keçirmək hüququ əldə edir”.

Baş katib xatırladıb ki, D-8 Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılıb və 20 il ərzində təşkilat qarşısında qoyduğu bir sıra məqsədlərinə çatıb: “”İslam Səkkizliyi” 2019-cu ildə ilk növbədə təşkilata üzv ölkələr arasında energetika sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirmək istəyir. Həmçinin, turizm sahəsində əməkdaşlıq məsələsində də önəmli addımların atılması gözlənilir”.

Qeyd edək ki, “İslam Səkkizliyi”nə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...