Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslam tərbiyə, mənəviyyat, başqasının haqqına girməmə əxlaqı verir – Fazil Mustafa

“Cəhalət, nadanlıq harada varsa, orada İslam yoxdur”.

Din.az bildirir ki, millət vəkili Fazil Mustafa özünün “Facebook” səhifəsində İslam dininin doğru anlaşılmaması ilə bağlı maraqlı fikirlərini bölüşüb. Həmin qeydləri sizə təqdim edirik?

– Niyə müsəlmanlar bir çoxları tərəfindən daha çox cahil və ya geri düşüncəli kimi xarakterizə olunur? İslam doğrudanmı inkişafa əngəldir?

– Radikal və ya aşırı dindar anlayışı yoxdur, səfeh və müdrik dindar anlayışları var. Biri fikirləşir ki, əsas hədəfim saqqalımı uzatmaqdır, biri deyir, başımı yarmaqdır, digəri deyir ki, məktəb bağlanmalı, qızlar oxumamalıdır. Hərə səfehliyini bir cür ortaya qoyursa, bunun İslamla əlaqəsi yoxdur. İslam tərbiyə, mənəviyyat, başqasının haqqına girməmə əxlaqı verir, onların həyatını mürəkkəbləşdirməmək kimi tələbi qoyur. Bunu yaşayan insan üçün problem olmur. Bu gün Norveçdə ədalət bizdən yüksəkdirsə, deməli İslam Norveçdədir, söhbət zahiri namaz qılmaqdan, Həccə getməkdən getmir. Cəhalət, nadanlıq harada varsa, orada İslam yoxdur. İslam adı ilə tanıdılan din əslində cəhalət və nadanlıq dinidir. Gerçək İslamda Məhəmməd peyğəmbərin həyatında qadına zorakılıq olubmu, yaxud kimisi hədələmək, təhqir etmək varmı? Sosial şəbəkədə ən çox söyüş söyən, əxlaqsız yazılar yazan, fərqli fikrə dözümsüz yanaşanlar dindarlardır. Dinin mahiyyətini anlamayıblar, tamamilə fərqli din anlayışına sahib olublar. Problemin kökü budur. İslamın gerçək mahiyyəti təbliğ olunduqca bir çox insanlar bu yanlışlardan uzaqlaşmalı olacaqlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...