Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam təzyiq və qorxu dini deyildir

“İslamın təzyiq və qorxu ilə xatırlanması mümkün deyildir”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

İslam inanc sistemi insana verdiyi azadlıqları, sülh, sevgi və ağıl əsaslı əxlaq prinsiplərilə insan düşüncəsinə və yaradılışına ən uyğun sistemdir. İslamın təzyiq və qorxu ilə xatırlanması mümkün deyildir. İslam dininin belə qavranılmasının səbəbi, İslam deyil, dini səhv başa düşüb, ona səhv əməl edən müsəlmanlardır. Müsəlmanların əksəriyyətinə baxaraq İslamı günahlandırmaq, yaxud İslamı müsəlmanlara baxaraq başa düşməyə çalışmaq da doğru qavrayışın yaranmasına mane olur. İslam dininin bilik mənbəyi Qurandır. Quranın insan ağlına və yaradılışına uyğun olan prinsipləri Muhəmməd (s) tərəfindən gözəl şəkildə həyata əks etdirilib, peyğəmbərimizin Quranı əsas götürərək göstərdiyi həqiqətlər insanlar üçün gözəl nümunə olub.

İslam dini insanlar üçün həqiqəti açıq tərzdə nümayiş etdirən, yalnız həqiqətə uyğun hərəkət edib-etməməyi insanın sərbəst iradəsinə buraxan sistemdir.

Bu həqiqət ayələrdə belə ifadə edilir: “De ki: Haqq Rəbbinizdəndir; artıq diləyən iman gətirsin, diləyən inkar etsin…” (“Kəhf” surəsi, 29)

Allah tərəfindən insana bu şəkildə sərbətlik verilib. Çünki Allah mərhəmətinə uyğun olaraq bəndələrinə xəbərdarlıq edir, lakin seçimi onların öhdəsinə buraxır: “Xeyr. Çünki o (Quran), bir nəsihətdir. Artıq istəyən onu düşünüb nəsihət alsın” (“Abəsə” surəsi, 11-12)

Bu səbəbdən, İslam dinində insanlar üzərində təzyiq yaratmaq, yaxud insanları inanmağa məcbur etmək mümkün deyildir.

Quranda bu həqiqət belə vurğulanır: “Dində təzyiq, zorakılıq yoxdur. Düzgünlük azğılıqdan seçilib bəlli olub”. (“Bəqərə” surəsi, 256)

Peyğəmbərimiz Muhəmməd Allahın hökmlərinə tam şəkildə əməl edib. Çox təəssüf ki, bu gün bəzi müsəlmanlar, Allahın ayələrindəki açıq hökmlərə görə deyil, din adından uydurulan fikirlərə əsaslanaraq insanlar üzərində təzyiq yaradır, insanları inanmağa məcbur edirlər.

Belə zorakılıq edən insanlar müsəlman olduqlarını iddia edir, lakin İslamın yeganə mənbəyi olan Qurana nəzər yetirmir, Quranın buyurduqlarını və peyğəmbərimizin gözəl nümunəviliyinə diqqət yetirmirlər.

Peyğəmbərimiz başda olmaqla, Quran ayələri bütün möminlərə bu mövzuda xəbərdarlıq edərək belə buyurur:

“Rəbbin istəsəydi, yer üzündə olanların hamısı mütləq inanardı. O halda, insanları inanmağa sən məcbur edəcəksən?” (“Yunus” surəsi, 99)

Aydın olduğu kimi insanları yaradan Allah da inanmaları üçün onları məcbur etmədiyi halda, bəzi insanlar Allahdan səlahiyyət almışcasına insanları inanmağa, yaxud bəzi ibadətləri yerinə yetirməyə məcbur edirlər.

Həmçinin Quran ayələri Peyğəmbərimizə belə müraciət edir: “Sən onlara qarşı zorakılıq edən deyilsən. Elə isə mənim hədələrimdən qorxanlara Quranla nəsihət et”. (“Qaf” surəsi, 45)

Allah hətta elçi vəzifəsi verdiyi bəndəsinin də digər bəndələri üzərində zorakılıq səlahiyyəti olmadığını buyurur:

“Üz döndərsələr, Biz səni onlar üzərinə gözətçi göndərmədik. Sənin vəzifən yalnız təbliğdir”. (“Şura” surəsi, 48)

Bu ayələr açıq şəkildə peyğəmbərimizin yalnız nəsihət verən şəxs olduğunu vurğulayır.

Buna baxmayaraq, bəzi şəxslər Allahın buyuruqlarına və peyğəmbərimizin həmin buyuruqları tətbiq etməsinə əhəmiyyət verməyərək inanc və ibadət müfəttişinə çevrilirlər.

Nümunə göstərilən bütün bu ayələrdən də aydın olduğu kimi İslam inanc sistemini təzyiq və qorxu amilinə çevirən, dinin sahibi olan Allah, yaxud bu dini ən gözəl şəkildə təbliğ edən peyğəmbərimiz deyil, səhv qavrayış və anlayışa sahib bəzi müsəlmanlardır.

Həqiqəti axtaran hər insan islam və müsəlman anlayışlarını ən doğru şəkildə dəyərləndirməlidir. Bunu bacarmayan insan pis hərəkətləri əsas götürərək Adəmdən (ə) Muhəmmədə qədər gelən və yaradılışımıza olduqca uyğun olan islam inancını, ağıl və insanlıq xaricində mənfi inanc olaraq qavrayacaqdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...