Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İslam Universitetinin ilk əlil məzunları

Share Button

Məzuniyyət törənində tələbələrə pul hədiyyəsi verildi…

Qəzzada yerləşən İslam Universitetində təhsil alan 81-i qız 33-ü oğlan olmaqla 114 eşitmə qüsuru olan tələbə məzun olub.

“Din.az” xəbər evrir ki, Körfəz İşbirliyi Təşkilatı (KİK), Qətər Əl-Fahura təhsil kompaniyası tərəfindən maliyyələşdirilən, Qatar və Fələstin Qızılay Təşkilatları ilə fərqli qurumlar tərəfindən həyata keçirilən layihə çərçivəsində İslam Universitetində təhsil alan 114 eşitmə qüsurlu tələbə məzun olub.

İslam Universitetinin konfrans salonunda təşkil olunan məzuniyyət mərasimində Qatarın Qəzzanı yenidən Yenidənqurma Komitəsinin sədri səfir Muhamməd əl-İmadi və təhsili dəstəkləyən digər qurumların təmsilçiləri də qatılıb.

Məzuniyyət mərasimində çıxış edən İmadi, qabiliyyətləri ilə dünyanı davamlı təəccübləndirən fələstinli tələbələrin məzuniyyət mərasimində çıxış etməkdən məmnunluq duyduğunu söyləyib.

İmadi məzun olan subay tələbələrə 500, evli tələbələrə 1000 dollar hədiyyə etdi…

Fələstinlilərin ağrılarını yumuşaltmağa çalışan Qatar Əmirinin, hökumətinin və xalqının salamını gətirdiyini qeyd edən İmadi, məzun olan subay tələbələrə 500, evlilərə isə 1000 dollar hədiyyə veriləcəyini bildirib.

İslam Universiteti Qüsurlu Tələbələrə Kömək Koordinatoru Bahattin Serhan, bu xoş gündə kompüter və texnologiyaya bağlı ali təhsil proqramlarını tamamlayan eşitmə qüsurlu tələbələrin məzun olduğunu ifadə edib.

Xatırladaq ki, ilk dəfə 2014-cü ildə İslam Universiteti, eşitmə qüsurlu tələbələr üçün texnologiya və kompüterlə bağlı müxtəlif sahələrdə ali təhsil proqramı başlatmışdı.

Belə ki, Qəzza Sosial İşlər Nazirliyinin verdiyi məlumata görə, Qəzzada 18 yaşdan aşağı 243, 18 yaşdan böyük olan 2 min 409 nəfər eşitmə qüsurlu əlil var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir