Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslama qarşı düşmənçilik Avropada zirvəyə qalxdı – Döyün, kislota tökün, silahla öldürün – FOTOFAKT

Müsəlmanlara hücum növlərinin siyahısı…

İngiltərədə terrorla mübarizə aparan polis müxtəlif şəhərlərdə paylanan və xalqı müsəlmanlara qarşı zorakılığa çağıran məktubla bağlı araşdırma aparmağa başlayıb.

Din.az “A24.az”-a istinadən bildirir ki, “Bir müsəlmanı cəzalandır!” başlıqlı məktubda sözlə hücumdan tutmuş məscidi bombalamağa qədər çoxlu sayda hücumun siyahısı təqdim edilib. Məktubda sadalanan hücumlar arasında müsəlmanların bıçaqlanması, məcidlərə hücumların edilməsi və Kəbənin nüvə hücumlarının hədəfinə çevrilməsi də yer alıb.

İngiltərə terrorla mübarizə polisinin verdiyi açıqlamada, ölkə miqyasında xalqı müsəlmanlara qarşı zorakılığa çarışan məktub ilə bağlı araşdırmanın başladıldığını bildirib. Açıqlamada məktub göndərilən şəxslərin polislə əlaqə qurması bildirilir.

“Bir müsəlmanı cəzalandır!” başlıqlı məktubda müsəlmanlar təhlükə olaraq göstərildiyi halda, aprelin 3-də “ağların əksəriyyəti”nə bir müsəlmana ziyan vermilməsi dəvət edilir.

Müsəlmanlara hücum növlərinin siyahısı…

Müsəlmanlara vurulacaq zərərlərin dəyərləndirildiyi siyahının da yer aldığı məktubda sözlə hücumdan tutmuş bir məscidi bombalamağa qədər çoxlu sayda hücum növləri sadalanıb. 10 – 500 arasında dəyərləndirilən hücum növləri arasında müsəlman qadının hicabını açmaq, döymək, kislata tökmək və hər hansı silahla öldürmək də var.

İngiltərədə müsəlmana qarşı hücumları təqib edən “Tell Mama” qrupu məktubun Bradford, Leicester, London, Cardiff və Sheffield kimi müxtəlif şəhərlərə göndərildiyini açıqlayıb.

Məktubla bağlı onlarla müraciətin gəldiyini deyən “Tell Mama” ölkədəki müsəlmanları sakit olmağa, lakin bu kimi hadisələrlə bağlı səlahiyyətli şəxslərə müraciət etmələrinə çağırış edib.

Qeyd edək ki, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan ibarət olan Birləşmiş Krallıqda müsəlmanlara qarşı islamofobik hücumları “Tell Mama” adlı qrup qeydiyyata alır. Britaniya Polis Şefləri Birliyi (ACPO) və ölkə miqyasındakı bütün təhlükəsizlik qüvvələri ilə birgə çalışan “Tell Mama” hökumət tərəfindən 2012-ci ildə yaradılıb.

Xatırladaq ki, Birləşmiş Krallıqda təqribən 2 milyon 800 min müsəlman yaşayır. Müsəlmanları ölkə əhalisinin 4,4 faizini təşkil edir.

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...