Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslamabadda məscid qarşısında insanlara atəş açılıb, ölən və yaralananlar var

Hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb.

Pakistanın paytaxtı İslamabadda ölümlə nəticələnən silahlı insident baş verib.

Din.az bildirir ki, APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə naməlum motosikletçi məscidin qarşısında insanlara atəş açıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb.

“Daily Pakistan” qəzetinin xəbərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...