Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslamda ailə dəyərləri müzakirə edildi – FOTO

Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında geniş danışıldı

Ağcabədi rayon təhsil şöbəsində “Seyid Mürsəl Ağa məscidi” dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində tədbir keçirilib.

“Din.az” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri iştirak ediblər.

“Seyid Mürsəl Ağa məscidi” dini icmasının sədri Zeynəb Quliyeva mövzu ilə bağlı çıxış edərək İslamda ailə institutu və cəmiyyətimizin milli-mənəvi dəyərlərə əsaslanan ailə prinsiplərindən danışıb, Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında geniş məlumat verib.

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, təhsil işçiləri ailədə milli-mənəvi dəyərlərin təbliğindən bəhs edib, belə layihələrin, maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

1469752190989624971_1000x669

1469752190984710582_1000x669

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...