Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışır”

Azərbaycanda dini vəziyyət sabitdir və dövlət-din münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunur. “Din.az” xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, lakin bəzi regionlarda radikal qruplar özünü büruzə verir: “Bunun da qarşısını almaq üçün həm hüquqi, həm də ideoloji baxımdan tədbirlər görülür, təbliğat işi […]

Azərbaycanda dini vəziyyət sabitdir və dövlət-din münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunur.

“Din.az” xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, lakin bəzi regionlarda radikal qruplar özünü büruzə verir: “Bunun da qarşısını almaq üçün həm hüquqi, həm də ideoloji baxımdan tədbirlər görülür, təbliğat işi gücləndirilir. Həm də hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər”.

Komitə sədri vurğulayıb ki, xüsusilə İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar: “Bunun qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də həmin radikal qrupların təhlükəsini gənclərə çatdırmaqdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...