Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İslamda yoxdur” kitabına qoyulan qadağa ilə bağlı məhkəmə keçiriləcək

Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslamda yoxdur!” kitabının çap olunmasına qadağa qoymuşdu.

İlahiyyatçı Elşad Miri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

Din.az bildirir ki, bu barədə Modern.az-a məlumat verən ilahiyyatçı şikayətin “İslamda yoxdur” adlı kitabına qadağa qoyulması ilə bağlı olduğunu deyib.

Aprelində 4-də hakim Aygün Abdullayevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi 1 saylı Bakı İqtisad İnzibati Məhkəməsində baş tutacaq.

E.Mirinin sözlərinə görə, onun hüquqlarını vəkil Elmar Süleymanov müdafiə edəcək.

Xatırladaq ki, “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslamda yoxdur!” adlı kitabımın çap olunmasına qadağa qoyub.”

Qeyd edək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...