Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslami Cihad Hərəkatı Səudiyyə Ərəbistanını qınadı

Şeyxin söylədikləri “həqiqətdən uzaq və iftira” adlandırıldı…

İslami Cihad Hərəkatı, Səudiyyə Ərəbistan Şeyxinin hərəkatın “bölgədə xaos” yaratmaqla bağlı iddialarına cavab verib.

“Din.az” xəbər verir ki, İslami Cihaddan verilən açıqlamada, “sözügedən açıqlamaları qınayır və doğru olmadığını vurğulayırıq. Bunlar Fələstin davasını tövsiyyə etmək istəyən İsraildən başqasına xidmət etməz” ifadəsini işlədib.

Həmas tərəfindən yayımlanan qınama məqsədli müsajında da Faysalın ifadələrinin “həqiqətdən uzaq və iftira” olduğu ifadə edilərək, “bu açıqlamalar Fələstin xalqına, davasına və müqavimətinə bir təhqirdir” deyə bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Şeyxi Turki əl-Faysal, dünən Fransanın paytaxtı Parisdə təşkil olunan İran müxalifəti konfransında “İran, Həmas, İslami Cihad Hərəkatı, Hizbullah və Əl-Qaidə bölgədə xaos yaratmaq üçün dəstəklənib” ifadələrini işlədilib.

42ffe85f7c22

Şeyx Turki əl-Faysal…

MÜZAKİRƏ

1 şərh İslami Cihad Hərəkatı Səudiyyə Ərəbistanını qınadı üçün

  1. Emin dedi:

    Bizim səsimizi eşidən kimdir söz deyək. Kimin kimin maraqlarına xidmət etdiyi göz qabağındadır. Əsas odur ki, heç kim Allahın dininə xidmət etmir hərə öz maraqlarına uğun olaraq dinidə alət edib oynadırlar.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...