Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İNDONEZİYADA İSLAMI YAYAN AZƏRBAYCANLILAR OLUB

İndoneziyanın 9 müdrikindən biri olan azərbaycanlı…

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani açıqlamasında deyir: “İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

Din.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib. O, İndoneziyanın tarixini dəyişən azərbaycanlı alim haqda maraqlı faktları bölüşüb:

“Kimdir Malik İbrahim? İndoneziyada Kakek Bantal və Sunan Gresik kimi tanınan Malik İbrahim hürufilərin ardıcıllarından idi. Əsas məqsədi Səmərqənddə hürufiliyi yaymaq olan Malik İbrahim Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizinin yaxın silahdaşı olub. Xüsusi missiya ilə Səmərqəndə gəlib Əmir Teymur sarayına yaxınlaşmağa cəhd edən Malik İbrahim burda izləndiyini başa düşür və özünə Makdum İbrahim əl-Səmərqəndi adını götürərək uzaqlaşır. Tale onu İndoneziyaya gətirir və o, burda islam dinini yaymağa başlayır. Bu gün İndoneziyada onu 9 müdrikdən biri sayırlar. İndoneziyada onun adına məscid, küçə var. İndoneziya tarix kitablarında adı ön yerlərdən birini tutur. 7 aprel 1419-cu ildə İndoneziyada rəhmətə gedən hürufi alimin öz dəsti xətti ilə yazdığı Qurani-Kərim kitabı hələ də qorunub saxlanılır”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...