Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslamı müdafiə edən Məkkə imamına krallıqdan sərt reaksiya – Hesabı bağlandı

Şeyx Saud Al-Shuraimin siyasi mesajlardan dolayı “Twitter” sosial hesabı bağlanıb.

Səudiyyə Ərəbistanının səlahiyyətli şəxsləri Cümə günü Böyük Məkkə Məscidinin imamlarından biri olan Şeyx Saud Al-Shuraimin sosial mediadakı hesabını bağladıb.

Din.az bildirir ki, bu barədə “AlKhaleej Online” xəbər yayıb.

Məlumata görə, Böyük Məkkə Məscidinin imamlarından Şeyx Saud Al-Shuraimin siyasi mesajlardan dolayı “Twitter” sosial hesabı bağlanıb. Buna səbəb kimi imamın tvitter üzərindən krallıqdakı siyasi və sosial məsələlərə dair şərhlər yazaraq, İslam təlimlərinin pozulmasına dair müzakirələrdə yer alması göstərilib.

1964-cü ildə Ər-Riyadda doğulan imam Məkkədəki Umm Al-Qura universitetində dekanlıq edir və professor olaraq işləyir və indiyə qədər bir çox akademik xidmətdə yer alıb. Məkkə Temyiz Məhkəməsində isə hakimlik edib.

Onunla eyni məsciddə xidmət göstərən Şeyx Abdul Rahman As-Sudais isə Kral ailəsinin siyasəyinə kor-koranə sədaqət göstərdiyi üçün xalq tərəfindən müzakirə edilir. Səudiyyəlilərin əksəriyyətinin kral ailəsini “dinə münasib görmədiyi” qeyd edilir. Al-Shauraimin isə əksinə krallıq qarşısında cəsur hərəkətini xalqın bəyəndiyi deyilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...