Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslamı təhqir etdiyinə görə iki il müddətinə həbs edildi

Cakarta meri dinimizi təhqir etdiyinə görə cəzalandırılıb

İndoneziyanın paytaxtı Cakartanın xristian meri İslam dinini təhqir cinayətilə 2 il həbs cəzası ilə cəzalandırılıb.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, İndoneziyada buna bənzər cinayətlər üçün maksimum 5 il həbs cəzası verilir.

Ahok ləqəbli mer Basuki Purnama ötən il ortaya çıxan videosunda ona səs verilməsinə mane olmaq üçün Qurandan dəlil gətirilməsini tənqid etmişdi.

Çıxışında Qurana və müsəlmanlara təhqirin olduğunu irəli sürən çox sayda şəxs merin istefa verməsi və cəzalandırılmasını tələb edərək nümayişlər keçirmişdi.

Çin əsilli Basuki Purnama Cakartada 50 illik fasilədən sonra vəzifəyə gələn ilk qeyri-müsəlman mer olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...