Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İslamı terrorçuluqla eyniləşdirmək olmaz”

Roma Papası Avropalı gənclərin həyat tərzini qınadı…

Roma Papası II Fransisko Polşada mətbuat konfransı zamanı maraqlı açıqlamalar verib.

“Din.az” “ölkə.az”a istinadən Roma Papasının İslamla əlaqədar söylədiyi fikirlərini təqdim edir:

“İslamı terrorçuluqla eyniləşdirmək düzgün deyil. İslam zorakılıq demək deyil. Hər dinin içində radikal cərəyanlar var. Xristianlıqda da həmçinin. Mən İslam zorakılığı barədə danışsam gərək Xristian aləmindəki zorakılıqlardan da danışam. Hər gün İtaliyada törədilən cinayətlər barədə xəbərlər oxuyuram. Kimsə sevgilisini öldürür, kimsə qaynanasını və onların hamısı xaç suyu çəkilmiş katoliklərdir. İnsan dili ilə bıçaqdan daha çox zərbə vura bilər. Avropa özünə nəzər salsın. Terrorçuluq pulun hökmdarlıq etdiyi yerdə böyüyür. Bir çox avropalı gənc heç bir idealı olmadan boşu-boşuna yaşayır, işsizdir, narkotik və spirtli içki alüdəçisidir. Avropa özü gəncləri terrorçuluğa itələyir”, – deyə Papa bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...