Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İslami Vəhdət” konfransı yekun bəyanatını verib: İsraillə əlaqələri normallaşdırmaq olmaz (VİDEO)

“Qüds ümmətin vəhdətinin əsasıdır”.

“İsraillə əlaqələri normallaşdırmaq rədd edilir və dərhal Yəmənə qarşı müharibə dayandırılmalıdır”

Din.az “İslaminSesi”nə istinadla xəbər verir ki, bu tələblər Tehranda keçirilən “Beynəlxalq İslami Vəhdət” konfransının 32 toplantısının yekun bəyanatında irəli sürülüb.

Bildirilib ki, “Qüds ümmətin vəhdətinin əsasıdır” devizi altında keçirilən konfransın yekun bəyanatı əsasən Yəmən müharibəsinin dərhal dayandırılmasına habelə Qüdsün, Fələstinin və Suriya torpaqlarının işğalına göz yumaraq, İsraillə əlaqələri qurmağ siyasətinin tənqidinə köklənib.

100 ölkədən 300 din alimi, din xadimi, mütəfəkkir və ziyalının qatıldığı bu konfransda tələb olunub ki, İslam ümmətinin əsas problemi olan Fələstin üzərində köklənsinlər və onları təfriqəyə apara biləcək məsələləri haşiyəyə qoysunlar. /SalamNews/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...