Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslamiada üçün vacib idman növləri açıqlandı

Bakıda keçiriləcək İslamiadada 57 ölkədən 5000 atletin iştirak edəcək.

Gələn il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində mətbuat konfransı keçirilib. Din.az Apasport-a istinadən məlumat verir ki, 57 ölkədən 5000 atletin iştirakı gözlənilən yarışda vacib olan idman növlərinin siyahısı açıqlanıb.

Belə ki, kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub. Lakin ev sahibi həmin regionda sevilən idman növünü proqrama daxil etmək hüququna malikdi. Sonuncu yarışı keçirən İndoneziya badmintona üstünlük vermişdi. Azərbaycanın isə seçimini uşunun üzərində dayandıracağı gözlənilir.

İslam Həmrəyliyi İdman Federasiyalarının baş katibi Feysəl Əl Nassel Bakının belə bir yarışı üzərinə götürmələrinə şad olduqlarını açıqlayıb: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm bir şəhər IV Oyunları öz üzərinə götürüb. Çoxsaylı böyük beynəlxalq turnirlərin təşkilində zəngin təcrübəyə malik şəhərin gənən il bu yarışı keçirəcəyini səbirsizliklə gözləyirik”.  

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...