Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslamiadanın qalibi olmuş atletimizin cəzasının müddəti bilindi

IV İslam Həmrəylik Oyunlarının qalibinin cəza müddəti açıqlanıb.

Azərbaycan ağırlıqqaldıranı, IV İslam Həmrəylik Oyunlarının qalibi Anastasiya İbrahimlinin cəzasının müddəti açıqlanıb.

Din.az xəbər verir ki, Qazaxıstan doğumlu idmançımızın qanında tapılmış dehidroxlorometil- testosterone maddəsi onun dörd il müddətinə cəzalanmasına səbəb olub.

2013-cü ildə azərbaycanlı bəylə ailə həyatı quraraq soyadını Şvabauerdən İbrahimliyə dəyişdirən Anastasiyanın cəzası ötən ilin 14 avqustundan qüvvəyə minmiş sayılıb. 2021-ci ildə onun cəzası başa çatacaq.

Qeyd edək ki, hazırda dopinqə görə cəzası davam edən idmançılarımız bunlardır: Valentin Xristov, Elxan Əliqulizadə (hər ikisi 14.12.2023-dək), Silviya Anqelova (10.12.2023-dək), Dadaş Dadaşbəyli, Firudin Quliyev, İntiqam Zairov (hər üçü 21.12.2023-dək) və İsa Rüstəmov (24.11.2021-dək). / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...