Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə şahzadəsinin çılğın layihəsi başlayır – Qətərin quru ilə əlaqəsi kəsiləcək

Yeni layihədən sonra Qətər bir adaya çevriləcək.

Səudiyyə Ərəbistanı Qətərlə olan sərhəddə kanal açmağa hazırlaşır.

Din.az xəbər verir ki, ərazi Qətərin quru ilə olan yeganə əlaqəsidir və kanaldan sonra Qətər bir adaya çevriləcək.

Bu iş üçün hazırlanan, 65 metr hündürlüyü olan, dünyanın ən böyük ekskavatoru “Atletti Livin Ctr” Süveyş kanalından keçib.

Kanalın uzunluğu 600 km, eni 200 metr, dərinliyi isə 20 metr olacaq.

Qeyd edək ki, Qətər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi bəzi körfəz ölkələri tərəfindən embarqoya məruz qalıb. Qətərlə bütün əlaqələr kəsilib. Səudiyyə Ərəbistanı Qətəri tamamilə izolasiya etmək üçün kanal çəkmək qərarına gəlib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...