Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İsmayıl hər cümə məsciddə namaz qılırdı…”

Kiçik İsmayılın ölümünün səbəbləri…

“Ləki qəsəbəsinin məscidi və axundu var. Hər cümə günü məsciddə namaz qılınır. İsmayıl Adıgözəlov da namaz qılma mərasimlərində həmişə iştirak edib”.

Din.az bildirir ki, bunu “Qafqazinfo” ya açıqlamasında Ləki qəsəbə İcra Ərazi vahidliyi üzrə nümayəndəliyin sədri Fəxrəddin Abbasov məktəblinin intihar etməsindən danışarkən deyib.

O bildirib ki, məktəblinin 13 yaşı olub: “Ailədə heç bir problemi yox idi. Onu tanıyanlar bilir ki, İsmayıl yaşına görə alicənab uşaq olub. Ailədə iki qız, bir oğlan olublar. Atası da işsizdir. Dünən yazdığı məktubu tapıblar. Polis araşdırmaq üçün götürüb. Bu gün 3 mərasimidir. Məsciddə tək o namaz qılmağa gəlmir ki…Orada çoxlu adamlar namaz qılır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...