Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dünyəviliyi ataq, dindar bir konstitusiya yaradaq

Türkiyənin Millət Məclisinin vəkili iştirak etdiyi bir konfransda yeni konstitusiyada dünyəviliyin lazım olmadığını söyləyib. “Din.az” xəbər verir ki, Türkiyənin millət vəkili İsmayıl Qəhrəman, İslam Ölkələri Akademik və Yazarlar Birliyi AY-BİR-in təşkil etdiyi VI “Yeni Türkiyə konfransları”nın, “Yeni Türkiyə və Yeni Konstitusiya” mövzusunda konfrans keçirib. Məclis Başçısı konsfransda etdiyi çıxışında, “Dünyəvilik yeni konstitusiyada olmamalıdır”, – deyib. […]

Türkiyənin Millət Məclisinin vəkili iştirak etdiyi bir konfransda yeni konstitusiyada dünyəviliyin lazım olmadığını söyləyib.

“Din.az” xəbər verir ki, Türkiyənin millət vəkili İsmayıl Qəhrəman, İslam Ölkələri Akademik və Yazarlar Birliyi AY-BİR-in təşkil etdiyi VI “Yeni Türkiyə konfransları”nın, “Yeni Türkiyə və Yeni Konstitusiya” mövzusunda konfrans keçirib.

Məclis Başçısı konsfransda etdiyi çıxışında, “Dünyəvilik yeni konstitusiyada olmamalıdır”, – deyib.

“Konstitutsiya inanca görə təsnif edildiyində, konstitutsiyanın 61-ci və 82-ci bəndləri dindar mövzularındadır. Niyə? Rəsmi bayram günləri, Qurban bayramı, Ramazan bayramı, din dərsləri məcburidir və inanca dayanan bir quruluşu vardır. Yəni dünyəvi deyil, dindar konstitutsiyadır. Belə ki, dünyəvilik yeni konstitutsiyada olmamalıdır. Dünyada 3 konstitutsiyada dünyəvilik var: Fransa, İrlandiya və bir də Türkiyə. Hər kəs bunu istdiyi kimi şərh edə bilər. Lakin dindar konstitutsiya məsələsində konstitutsiyamızın yayınmaması və konstitutsiyada dindən bəhs edilməsi lazımdır”.

MÜZAKİRƏ

1 şərh Dünyəviliyi ataq, dindar bir konstitusiya yaradaq üçün

  1. Özxan dedi:

    BU, çox təhlükəlidir. Din dövlət hömləri ilə müəyyən edilməməlidir. Türkiyənin tək iç və dış güvənliyi onun laikliyidir. Bu laiklik çökərsə, Türkiyə də digər müsəlman ölkələri kimi qaranlığa gömülər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...